Bakıda piyadanı vuran sərnişin avtobusunun sürücüsünə cəza verildi

Xəzər Rayon Məhkəməsində qəza törətməkdə təqsirləndirilən İslam Quliyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Quliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, təqsirləndirilən İslam Quliyev yol vərəqəsi ilə idarə etdiyi "Isuzu-Saz Ecobus" markalı avtobusu 112 nömrəli marşrut xətt ilə hərəkət edərkən yolun sol tərəfindən sağa doğru keçən piyada 1956-ci il təvəllüdlü Böyükxanım İldırım qızı Rzayevanı nəqliyyat vasitəsi ilə vurub. Xəstəxanaya yerləşdirilən qadın bir neçə gün sonra orada vəfat edib.
Hadisədən sonra İslam Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
Sentyabrdan məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq
Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırılacaq. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq...