Bakıda müasir avtobus dayanacağına zərər vuran şəxs SAXLANILDI

"Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətindən bildirilib.
"Dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb",-deyə məlumatda qeyd olunub.
***15:38
"Qeyd edilən məsələylə bağlı ərazi üzrə polis orqanında araşdırmalara başlanılıb".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.
"Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər həyata keçirilir",-deyə DİN rəsmisi əlavə edib.
***11:30
"Paytaxt ərazisindəki bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır. Eyni zamanda vətəndaşlardan daxil olan müraciətlər əsasında da yerlərdə pavilyonlara baxış keçirilir. Aşkar edilən nöqsan və çatışmaqzlıqlar aradan qaldırılır".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Müxtəlif zamanlarda kənar müdaxilələr nəticəsində pavilyonun konstruksiyaları və elementləri zədələnir və sıradan çıxarılır, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə əmlaka ziyan vurulur.
Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunur",-deyə məlumatda qeyd olunur.
***10:14
Bakıda sərnişinlərə komfort şəraitdə avtobusun gəlməsini gözləməyə imkan verən kondisioner (soyutma) sistemi olan avtobus dayanacağı ilə bağlı acınacaqlı hal yaşanıb.
BAKU.WS xəbər verir ki, müasir dayanacaqlar əhaliyə xidmət göstərilməsi üçün nəzərdə tutulsa da, bəzi vətəndaşlar bundan istifadə etməyi bacarmırlar.
Belə ki, Azadlıq prospektindəki avtobus dayancağında tütün məhsullarından istifadə qadağan olunsa da, bəzi şəxslər buna məhəl qoymayıblar. Üstəlik dayanacaqdakı əmlak yandırılıb və zibillər yerə atılıb.
Paytaxtda sakinlərdən biri tərəfindən lentə alınan görüntüləri olduğu kimi təqdim edirik:
Orxan Hüseyn
Oxşar xəbərlər
Balakən və Zaqatalada zərərvericilər evlərə kütləvi hücum etdi, dezinfeksiyaya başlanıldı - RƏSMİ
Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərində, qeyri-yaşayış və inzibati binalarda Qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işlərinə başlanılıb. BAK...
