Bakıda məktəb söküləcək, yerində 528 şagirdlik yeni bina tikiləcək
Bakının Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəbin köhnə binası sökülərək yerində yeni və daha böyük məktəb binası tikiləcək.
BAKU.WS-in məlumatına görə, layihə Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçiriləcək.
Belə ki, köhnə məktəb binası söküləcək və onun yerində 528 şagird yerlik müasir məktəb binası inşa olunacaq.
Məlumata görə, tikinti işlərinin əlavə mərhələsi və məktəbin mebel və avadanlıqlarla təmin edilməsi üçün tender elan edilib. Layihənin ehtimal olunan dəyəri 1 milyon 308 min 688 manat təşkil edir.
Tikinti prosesində məktəbin bünövrəsinin qurulması, dəmir-beton sütunların hazırlanması, armatur konstruksiyalarının quraşdırılması kimi əsas tikinti işləri həyata keçiriləcək.
Yeni məktəb binasının tikilməsi Sabunçu rayonunda təhsil infrastrukturunun yaxşılaşdırılmasına və şagirdlərin daha müasir şəraitdə təhsil almasına imkan yaradacaq.
Oxşar xəbərlər
"Bölgələrdə qiymətlər əlçatmazdır": Vətəndaşlar istirahət üçün xarici ölkələri seçirlər
İnsanların böyük əksəriyyəti istirahət üçün məhz yay fəslini seçir. Bu mövsüm turizm sahəsində də canlanma dövrüdür. Bəziləri istirahətini dəniz kənarında, bəzi...