Bakıda marketdə vaxtı keçmiş PopCorn endirimlə satışa çıxarıldı

Bakıda marketdə vaxtı keçmiş PopCorn endirimlə satışa çıxarıldı
Foto Video
Sosial 378

Bakıda Xətai rayonunda yerləşən "Bazarstore" supermarketlər şəbəkəsinin Nəsrəddin Tusi küçəsindəki filialında istifadə müddəti bitmiş məhsul endirimlə satışa çıxarılıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Vətəndaş qeyd edib ki, vaxtı ötmüş məhsul "PopCorn" qəlyanaltısı olub. Onun sözlərinə görə, məhsulun istifadə müddəti başa çatdığı halda endirim etiketi ilə yenidən satışa qoyulub.

Bakıda marketdə vaxtı keçmiş PopCorn endirimlə satışa çıxarıldı

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən BAKU.WS-ə bildirilib ki, görüntü AQTA tərəfindən nəzarətə götürüləcək və məsələ qanunvericiliyə uyğun olaraq araşdırılacaq:

"İctimai nəzarəti həyata keçirdiyinə görə həm redaksiya, həm də istehlakçıya təşəkkür edirik. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün AQTA-nın "1003" qaynar xəttinə zəng vuraraq və ya "E-Qidam" mobil tətbiqilə məlumat versinlər.

Belə halla qarşılaşdıqda, həmçinin istehlakçı kimi hüquqlarını satıcıdan və ya ticarət şəbəkəsinin nəzarətçisindən də tələb edə bilərlər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...

50 Sosial 00:20 21 oktyabr 2026

Son xəbərlər