Bakıda "KOB bazar" satış yarmarkası fəaliyyətə başlayıb
Bugündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) "KOB bazar" satış yarmarkası fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, KOBİA dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bu məqsədlə bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb.
Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, həmçinin istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcəkdir. "Gəl, istehsalçıdan al" şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.
Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək.
Qalereya
Oxşar xəbərlər
Salyanda məktəbdə 18 şagirdin zəhərlənməsi ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA
Salyan rayonunun Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanmasından yaranan tüstülənmədən 18 nəfər zəhərlənib. Şirvan-Salyan Regional Təhsil İ...