Bakıda kirayə qiymətləri - 1400 manatdan 250 manata qədər

Bakıda kirayə qiymətləri - 1400 manatdan 250 manata qədər
Si̇yahı Açıqlama
Sosial 108

"Bakı şəhərinin 12 rayonu üzrə təqdim olunan rəqəmlər orta statistik göstəricilərdir. Bu isə o demək deyil ki, həmin qiymətlər bütün ərazilər üçün eynidir və ya ondan yuxarı və aşağı təkliflər yoxdur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

AQC sədri əlavə edib ki, rəqəmlər rayonların əhali sıxlığı, iqtisadi potensialı və daşınmaz əmlak bazarının mövcud vəziyyəti nəzərə alınaraq formalaşdırılıb:

Rayon Yeni tikili (AZN) Köhnə tikili (AZN)
1 Səbail rayonu 1,400 1,000
2 Nizami rayonu 700 550
3 Xətai rayonu 800 550
4 Yasamal rayonu 700 550
5 Nərimanov rayonu 800 600
6 Nəsimi rayonu 1,000 700
7 Binəqədi rayonu 650 500
8 Suraxanı rayonu 550 450
9 Xəzər rayonu 450 300
10 Sabunçu rayonu 550 400
11 Pirallahı rayonu 300 250
12 Qaradağ rayonu 400 300

"Göründüyü kimi, paytaxtın mərkəzi və daha prestijli hesab olunan rayonlarında kirayə qiymətləri daha yüksəkdir. Tələbin çox olması səbəbindən Səbail rayonu lider mövqedədir. Onu Nəsimi rayonu izləyir. Xətai və Nərimanov rayonları da yüksək göstəricilərlə növbəti sıralarda qərarlaşıb. Daha sonra Nizami və Yasamal rayonları gəlir.

Ən aşağı kirayə qiymətləri isə Qaradağ və Pirallahı rayonlarında qeydə alınır. Bu, həmin ərazilərdə əhali sıxlığının az olması, iqtisadi və sosial infrastrukturun tam formalaşmaması, eləcə də kirayə mənzillərə tələbin digər rayonlarla müqayisədə aşağı olması ilə bağlıdır.

Bununla yanaşı, bəzi "orta seqment" rayonlarda yaxın illərdə ciddi infrastruktur dəyişiklikləri planlaşdırılır. Yeni metro stansiyalarının açılması, tramvay xətlərinin çəkilməsi, köhnə tikililərin sökülərək ərazilərin yenidən qurulması və parkların salınması kimi layihələr Bakı şəhərinin 2040-cı il inkişaf planına uyğun həyata keçiriləcək. Bu dəyişikliklər həmin rayonları daha cəlbedici edəcək və nəticədə kirayə bazarında da qiymət artımına təsir göstərə bilər".

Orxan Hüseyn

Son xəbərlər