Bakıda iki istilik təchizatı obyekti yenidən qurulur
"Azəristiliktəchizat" ASC-də istismar müddəti başa çatmış iki ədəd istilik təchizatı obyektinin yenidənqurma işlərinə başlanılıb.
Bu barədə BAKU.WS-ə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində Bakının Xətai rayonu, Yeni Əhmədli qəsəbəsində 2935 "A" məhəlləsində 1 saylı istilik məntəqəsinin və Gəncə prospekti 35 ünvanında yüksəldici nasos stansiyasının yenidən qurularaq müasir qazanxanaya çevrilməsi nəzərdə tutulur.
Bu layihənin icrası 25 yaşayış binası və 3 uşaq bağçasının ən yüksək səviyyədə istiliklə təmin edilməsinə imkan verəcək. Yenidənqurma işləri istilik mövsümünə qədər başa çatdırılacaq.
Bununla əlaqədar cəmiyyətin mühəndis texniki heyəti və layihənin icrasını həyata keçirəcək satınalma müsabiqəsinin qalibi olan tikinti şirkətinin nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilib, iş həcmi və işlərin icra qrafiki bir daha dəqiqləşdirilib. Nəzərdə tutulan işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müə...