Bakıda avtobuslarda sıxlıq yaranmasının əsas SƏBƏBLƏRİNDƏN BİRİ
Bakıda ictimai nəqliyyatda vaxt itkisinin əsas səbəbləri uzun müddətdir müzakirə mövzusudur.
BAKU.WS-in məlumtına görə, xüsusilə qısa məsafələrdə avtobusların ləng hərəkəti sərnişinlərin narazılığına səbəb olur.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bu problemin konkret səbəblərini və mümkün həll yollarını açıqlayıb. Ekspert BAKU.WS-ə açıqlamasında Bakıda avtobusların qısa məsafəni uzun vaxta qət etməsinin əsas səbəblərinə diqqət çəkib.
Onun sözlərinə görə, 3,1 kilometrlik məsafənin avtobusla 27 dəqiqəyə qət edilməsi ilk növbədə dayanacaqlarda yaranan gecikmələrlə bağlıdır:
"Avtobusların dayanacaqda uzun müddət qalmasının əsas səbəblərindən biri sərnişinlərin yalnız ön qapıdan minməsidir. Bu hal isə validatorların yalnız ön qapıda yerləşdirilməsi ilə əlaqədardır. Nəticədə sərnişinlər avtobusa növbə ilə minir və bu, tranzit vaxtını xeyli uzadır.
Problemin həlli üçün hər qapıdan minib-düşmə sistemi tətbiq edilməli, validatorlar avtobusun bütün qapılarında quraşdırılmalıdır. Bununla yanaşı, dünya təcrübəsinə uyğun olaraq, bilet yoxlamalarının nəzarətçilər tərəfindən seçim əsasında aparılması daha səmərəli olar".
Rauf Ağamirzəyevin fikrincə, bu yanaşma yalnız sərnişin axınını sürətləndirmir, eyni zamanda artıq yüklənmiş sürücünün işini də xeyli yüngülləşdirir. Beləliklə, sürücünün diqqəti ödənişə nəzarətdən çox birbaşa hərəkətin təhlükəsizliyinə yönəlmiş olur.
Ekspert vurğulayıb ki, bu cür sistemlər artıq Tbilisi, Kiyev və Moskva kimi şəhərlərdə uğurla tətbiq edilir və ictimai nəqliyyatda vaxt itkisini əhəmiyyətli dərəcədə azaldır.
Orxan Hüseyn
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu...