Bakıda gənc əks istiqamətli yola çıxıb özünü videoya çəkdi - Təhlükə saçdı
Bakının Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücü özünü videoya çəkərək "TikTok" sosial şəbəkə hesabında paylaşıb.
BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, 77-KY-123 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.
O, əks istiqamətdə hərəkət edərək qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb.
Kadrda sürücünün işıqforun qırmızı işığında gözləmək istəmədiyi üçün xəta törətdiyi aydın şəkildə əks olunub.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə uyğun olaraq, 4 bal və 150 manat cərimə ilə nəticələnir.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaql...