Bakıda energetika sahəsində daha 4 sənəd imzalanacaq

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 4 sənəd imzalanacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, imzalanma mərasimində Azərbaycan, Özbəkistan, Qazaxıstan energetika nazirliklərinin, Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndələri iştirak edəcəklər.
Bu sənədlərə "Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi və Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti və "Enerso Cəbrayıl" MMC arasında Azərbaycan Respublikasında "Horizon Solar PV" layihəsi ilə bağlı İnvestisiya Sazişi", "Azərbaycan Respublikası Hökuməti və "Clean Energy Cəbrayıl" MMC arasında Azərbaycan Respublikasında "Şəms Solar" günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Sazişi" və "Azərbaycan Respublikasının Energetika Nazirliyi və "Nobel Energy Limited" şirkəti arasında Naxçıvanda 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, işlənməsi və həyata keçirilməsi ilə bağlı İcra Sazişi" daxildir.
Xatırladaq ki, bu gün artıq Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixrac imkanlarını artırmaq məqsədilə "Azərenerji" ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalanıb.
Oxşar xəbərlər
Baş ağrısına ən yaxşı təsir edən MEYVƏ məlum oldu
Baş ağrısı bir çox insanın gündəlik həyatında rastlaşdığı ən yaygın narahatlıqlardan biridir. Mütəxəssislər bildirirlər ki, bəzi meyvələr baş ağrısının azalması...
