Bakıda çimərliklərə bu avtobuslar gedir - SİYAHI

Bakıda çimərliklərə bu avtobuslar gedir - SİYAHI
Sosial 326

2023-cü il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin (BNA) müvafiq sərancamı ilə 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri 15.06.2023-cü il tarixindən aşağıda qeyd olunan çimərlik ərazilərinə təşkil edilib.

Bu barədə BAKU.WS-ə BNA-dan məlumat daxil olub.

Məlumata görə, 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinə qədər, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinə qədər, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinə qədər, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinə qədər, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti isə “Zirə” çimərliyinə qədər təşkil ediləcək.

Oxşar xəbərlər

Bakı çimərliklərinə hansı avtobuslar gedir? - SİYAHI

Bakı çimərliklərinə hansı avtobuslar gedir? - SİYAHI

Bakı Şəhər İcra Hakimiyyəti başçısının paytaxt çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında müvafiq sərəncamı nəzərə alınaraq 2022-ci il yay mövs...

472 Sosial 15:57 14 iyun 2022

Son xəbərlər