Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ
Bakıda üç tibb müəssisəsinin əsaslı təmiri üçün ümumilikdə 1 milyon 269 min manat vəsait nəzərdə tutulub.
BAKU.WS-in məlumatına görə, İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 5 nömrəli Uşaq Poliklinikası, 4 nömrəli Birləşmiş Şəhər Poliklinikası və 5 nömrəli Şəhər Poliklinikasında təmir işlərinin aparılması nəzərdə tutulub.
Təmir işləri çərçivəsində poliklinikalarda köhnəlmiş və yararsız suvaq, döşəmə, parket və gipskarton tavan örtüklərinin sökülməsi, divar və səthlərin köhnə boya qatından təmizlənməsi nəzərdə tutulur. Daha sonra bu sahələrdə yenilənmə və təmir işlərinin aparılması planlaşdırılır.
Qeyd edək ki, təmir işləri poliklinikaların köhnəlmiş sahələrinin yenilənməsinə, həkimlər üçün daha əlverişli iş şəraitinin və pasiyentlər üçün daha rahat, təmiz və müasir mühitin yaradılmasına imkan verəcək. Xüsusilə uşaq poliklinikasının yenilənməsi burada tibbi xidmət alan uşaqlar və onların valideynləri üçün daha yaxşı şəraitin formalaşmasına kömək edə bilər.
Oxşar xəbərlər
Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək
Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13...