Bakıda bu məktəblərin yaxınlığında piyada və nəqliyyat svetoforları quraşdırıldı
Paytaxtda iki məktəbin yaxınlığında piyada və nəqliyyat svetoforları quraşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib.
O sosial şəbəkədə qeyd edib ki, məktəblilərin təhlükəsizliyini nəzərə alaraq Yasamal rayonu, Akim Abbasov küçəsi, 158 nömrəli tam orta məktəbin qarşısında düyməli piyada svetoforu quraşdırılıb.
Sabunçu rayonu, Nazim İsmayılov və Fikrət Tağıyev küçələrinin kəsişməsində, 72 nömrəli tam orta məktəb-liseyin yaxınlığında da piyada və sürücülərin rahat hərəkəti üçün nəqliyyat svetoforları quraşdırılaraq işə salınıb.
Bunu əks etdirən görüntüləri yayımlayan Ömər Xıdırov bununla da şagirdlərin və yaxınlıqda yaşayan vətəndaşların yoldan keçməsinin daha təhlükəsiz olduğunu bildirib.
Qurum rəsmisi Mərkəz tərəfindən bu istiqamətdəki işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkə istifadəsi qadağan olunur
Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşir. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Ailə, qadın...