Bakıda bu kirayə evlər bahalaşıb - AÇIQLAMA
"Ötən ay daşınmaz əmlak bazarının kirayə seqmentində daha çox tələb olunan bir otaqlı mənzillər təqribən 50 manat civarında bahalaşmağa məruz qalıb".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, bu həmin mənzillərin kirayə qiymətlərinin 8-10 faiz bahalaşdığını göstərir.
"Satış bazarı ilə bağlı deyə bilərəm ki, infrastrukturun daha çox inkişaf etdiyi Nəsimi, Yasamal, Səbail, Nərimanov və Xətai rayonlarında qiymət artımı digərlərinə nisbətən daha sürətlə baş verir. Ötən ilin sonlarında bu rayonlar üzrə həm obyektlər, həm mənzillərin qiymətləri bahalaşıb",-deyə Vüqar Oruc əlavə edib.
Orxan Hüseyn
Oxşar xəbərlər
Bu rayonda 432 şagirdlik yeni məktəb tikiləcək - 4,6 milyon manatlıq LAYİHƏ
Ağstafa rayonunun Poylu kəndində 432 şagird yerlik tam orta məktəbin tikintisi nəzərdə tutulur. Layihə kənddə təhsil infrastrukturunun yenilənməsi və şagirdlər...