Bakıda binanın hasarı aşdı

23
apr
2025
08:20
Bakının Sabunçu rayonu, İlyas Əfəndiyev, 6 ünvanında qəzalı binanın hasarı aşıb.
BAKU.WS ATV-yə istinadən məlumat verir ki, qəza zamanı orada yaşayan sakinlərdən biri son anda dağıntılar altında qalmaqdan xilas olub.
Belə ki, bir neçə gün öncə müşahidə edilən intensiv yağışdan sonra qəzalı binanın qarşısındakı hasar da yararsız vəziyyətə düşüb.
Burada yaşayan 23 ailə də mövcud vəziyyətdən şikayətçidir.
Qeyd edək ki, sözügedən bina 1927-ci ildə inşa olunub. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti üzrə məlumat verilib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İkinci əl geyimlərlə birgə "alınan" xəstəliklər
Son illərdə ikinci əl geyimlərə tələbat kəskin şəkildə artıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu, təkcə bu cür mağazalarda malların daha ucuz olması...
