Bakıda bəzi yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Avqustun 30-u saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış Formula 1 yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər Halqasından bildirilib.
Məhdudiyyətlər sentyabrın 19-dan 21-dək keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq.
Sürücülərdən hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
Oxşar xəbərlər
Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır?
Dövlət büdcəsində ilin yeddi ayı üzrə 3.4 milyard manat profisitin yaranmasına baxmayaraq, Maliyyə Nazirliyi borclanmaya gedir. Bu dövrdə büdcənin gəlirləri pro...