Bakıda 48 km yeni avtobus zolağı çəkiləcək
Son zamanlar Bakıda ictimai nəqliyyatın inkişafı üçün müxtəlif addımlar atılsa da, avtobus zolaqlarının çəkilməsi prosesi dayanıb. Halbuki bir neçə ay əvvəl paytaxt yollarında bu zolaqların yaradılması fəal şəkildə aparılırdı. Lakin axır vaxtlar bu işlər tamamilə dayanıb.
Bəs görəsən buna səbəb nədir? Paytaxt yollarında avtobus zolaqlarının əhatəsi genişləndiriləcək?
Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlama verib.
Onun sözlərinə görə, yeni marşrut şəbəkəsinə uyğun olaraq paytaxtın 37 küçə və prospektini əhatə edən xüsusi zolaqların ümumi uzunluğu 112 kilometrdir. Bu yollar üzərində hərəkət edən avtobuslar hər gün təxminən 900 min sərnişin daşıyır. Planlara əsasən, bu zolaqların uzunluğunun 160 kilometrə çatdırılması nəzərdə tutulur.
Banu Hüseynli
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...