Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə "Şəhidlər Xiyabanı"nda 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
BAKU.WS xəbər verir ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Bundan əlavə ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib.
Qalereya
Oxşar xəbərlər
Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir
Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məka...