Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
Bakıda daha 10 ünvanda tibb və sosial xidmət müəssisələrinin qarşısında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq "3.28" – "durmaq qadağandır", "5.14" – "minik taksilərinin duracaq yeri" nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb.
Cavadxan küçəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);
İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);
Heydər Əliyev prospekti, 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);
Ziya Bünyadov prospekti, 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri);
Abbas Mirzə Şərifzadə küçəsi, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı (minib-düşmə yeri);
9-cu köndələn küçəsi, 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin yanı (minib-düşmə yeri);
Hüseynbala Əliyev küçəsi, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığı (minib-düşmə yeri);
Süleyman Sani Axundov küçəsi, metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı);
Füzuli küçəsi, "28 Mall"un yanı (minib-düşmə yeri);
Şəmsi Bədəlbəyli küçəsi, "28 Mall"un yanı (avtobus zolağında minib-düşmə yeri).
Oxşar xəbərlər
ABŞ şirkətləri ilk dəfə Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək
ABŞ-nin "SIG SAUER" və "Lockheed Martin" kimi nüfuzlu şirkətləri ADEX 2026-da debüt edəcək. Bu barədə BAKU.WS-ə ADEX 2026 təşkilat komitəsindən məlumat verilib....