Bakı Yunus Əmrə İnstitutuna yeni direktor təyin olunub
08
yan
2025
18:01
Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor təyin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən sözügedən vəzifəyə Güven Çolakın təyin olunduğu bildirilib.
Məlumata görə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı təyinat münasibətilə Güven Çolakı qəbul edib. Görüş çərçivəsində İnstitutun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bundan əvvəl Bakı Yunus Əmrə İnstitutunun direktoru vəzifəsini Selçuk Karakılıç icra edib.
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...