Bakı-Xırdalan-Sumqayıt qatarında YUBANMA VAR - Səbəbi açıqlandı
"Bu gün səhər saatlarında Bakı-Xırdalan-Sumqayıt qatarındakı yubanma texniki səbəbdən baş verib".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib.
"Texniki səbəblərdən Abşeron dairəvi marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələr olub", - deyə B.Hacıyev bildirib.
*** 09:08
Hazırda Bakı-Xırdalan-Sumqayıt qatarı yubanma ilə paytaxta doğru hərəkət edir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bələdçilər qatarın müəyyən səbəblərə görə gecikmə ilə hərəkət etməsi barədə məlumat yayıblar.
Gecikmənin səbəbi ilə bağlı isə hər hansı bir məlumat verilməyib.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə sorğu ünvanlanıb.
Oxşar xəbərlər
Azərbaycanda muzdla çalışanların sayı 1,78 milyona çatıb
Bu il avqustun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər təşkil edib. BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir...