Metrosunun iş rejimində dəyişiklik - Bu stansiyalar gecə 2-yə kimi işləyəcək
Bu gün keçiriləcək "UFC Fight Night" (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Məlumata əsasən, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq:
"Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq saxlanılacaq".
Bildirilib ki, sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerləşən "Sahil" və "İçərişəhər" stansiyalarında ehtiyat tədbirləri görüləcək.
Oxşar xəbərlər
Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət
Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...