Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Bakı Metropoliteni" QSC tərəfindən silsilə bayram tədbirləri keçiriləcək.
BAKU.WS quruma istinadən xəbər verir ki, sərnişinlərin bayram günlərində böyük maraq və rəğbətlə qarşıladığı retro vaqonlar yenidən metronun "İçərişəhər" stansiyasında nümayiş olunacaq.
Qonaqlar dekabrın 27-dən 30-dək xüsusi görünüşlü, qeyri-adi formalı vaqonlarla yaxından tanış ola, tarixləri haqda maraqlı məlumatlar ala, qatarın salonunda şəkil və video çəkərək xəyalən keçmişə səyahət edə bilərlər.
Retro vaqonlar qarşıdakı 4 gündə səhər saat 10:00-dan axşam saat 22:00-a qədər sərnişinlərin ziyarətinə açıq olacaq.
Bundan əlavə, dekabrın 30-31-də Bakı metropoliteninin stansiyalarında Yeni ilin rəmzləri sayılan Şaxta baba və Qar qız balaca sərnişinlərimizin görüşünə gələrək onları əyləndirəcək, azyaşlılara simvolik bayram hədiyyələri təqdim edəcəklər.
Oxşar xəbərlər
Nizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Gəncədə yerləşən abidələr arasında ən mühümü isə Nizami Gəncəvi məqbərə kompleksidir. Nizami Gəncəvi mə...