Bakı Bulvarında YENİLİKLƏR OLACAQ
Dənizkənarı Bulvar İdarəsi payız mövsümündə yaşıllaşdırma və landşaft abadlığı həyata keçirəcək.
BAKU.WS-in məlumtına görə, həm dekorativ güllərin, həm də ağac və kol bitkilərinin alınmasını əhatə edən bu layihələr bulvarın tamamilə yeni bir estetik görünüşə sahib olacağına işarə edir.
Layihə çərçivəsində müxtəlif rəng və növlərdə ümumilikdə 64 min ədəd zanbaq (tülpan) soğanağı alınacaq. Siyahıda "Purple Raven", "Hotspot", "Strong Love", "Pink Ardour", "Outfit" və "Dow Jones" kimi rəng çeşidliliyi ilə seçilən növlər yer alıb.
Eyni zamanda daha genişmiqyaslı yaşıllaşdırma layihəsi də həyata keçiriəcək. Bulvar ərazisinə müxtəlif ağac və kol bitkiləri, həmçinin 10 min kvadratmetrə yaxın qazon örtüyü alınması nəzərdə tutulur. Siyahıya şümşad, böyük və kiçik ölçülü zeytun ağacları, yulğun və vestringia kimi iqlimə uyğun bitkilər daxildir.
Hər iki layihənin həyata keçirilməsinə 480 min manatan çox vəsait xərclənəcək. Yeni yaşıllaşdırma layihələri Dənizkənarı Bulvarın ekoloji dayanıqlığını artırmaqla yanaşı, şəhərin estetik görünüşünə də böyük töhfə verəcək. Minlərlə yeni gül və ağac ərazidə hava keyfiyyətinin yaxşılaşmasına, daha çox kölgəlik sahələrin yaranmasına və həm yerli sakinlər, həm də turistlər üçün daha rahat istirahət mühitinin formalaşmasına imkan yaradacaq.
Oxşar xəbərlər
Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi "Mövsüm yarmarkası"ndan REPORTAJ
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə "Mövsüm yarmarkası" keçirilir. BAKU.WS PhotoStock.az-a istina...