Bakı bulvarın uzunluğun 25 kilometrə çatdırılacaq - RƏSMİ
"Müstəqilliyi bərpa edilmiş Azərbaycan, o cümlədən paytaxt Bakı, tikinti və yenidənqurma sahəsində yeni, intensiv mərhələyə qədəm qoyub. Son illərdə müşahidə olunan şəhərsalma və tikinti bumu nəticəsində şəhərin siması və infrastrukturu əsaslı şəkildə yenilənib, şəhərin planlaşdırılması müasir tələblərə uyğun formalaşıb".
BAKU.WS xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.
Baş İdarəsinin rəisi əlavə edib ki, bu gün Bakı həyata keçirilmiş çoxsaylı iri layihələr əsasında dünyanın müasir şəhərləri arasında özünəməxsus yer tutur.:
"Bakı Ağ Şəhər" layihəsi keçmiş sənaye zonasının ekoloji təmiz, funksional və memarlıq baxımından dəqiq planlaşdırılmış yaşayış məkanına çevrilməsinin parlaq nümunəsidir. Eyni zamanda şəhərsalma sahəsində digər iri investisiya təşəbbüsləri, yol-nəqliyyat infrastrukturunun inkişafı, dairəvi qovşaqların salınması, metro stansiyalarının genişləndirilməsi və dəmir yolu xəttlərinin yenilənməsi şəhərin ümumi inkişaf konsepsiyasını tamamlayır. Bütün bu layihələr paytaxtı daha əlçatan, mobil və yaşamaq üçün rahat bir məkana çevirib.
Bakı əvvəlki illərlə müqayisədə daha da genişlənərək meqapolisə çevrilib. Şəhərin sosial və ekoloji simasının yaxşılaşdırılması məqsədi ilə yaşıllıq sahələrinin və parkların sayı ardıcıl şəkildə artırılır. Sakinlərin asudə vaxtının səmərəli təşkili və rahat istirahətinin təmin edilməsi üçün Dənizkənarı bulvarın ərazisi son illər ərzində əhəmiyyətli dərəcədə genişləndirilib. Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəzərdə tutulur".
Oxşar xəbərlər
Din xadiminin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Azərbaycanda din xadiminə sui-qəsd etməyə hazırlıq görməkdə ittiham olunan Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xid...