Bakı aeroportu yeni nəsil təhlükəsizlik texnologiyalarını istifadəyə verib
Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişin təhlükəsizliyinin daha da gücləndirilməsi və yoxlama prosesinin sürətləndirilməsi məqsədilə yeni nəsil təhlükəsizlik texnologiyaları istifadəyə verilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq hava limanından bildirilib.
Məlumata əsasən, modernizasiya çərçivəsində terminalda həm sərnişinlərin yoxlanılması üçün "Rohde & Schwarz QPS201" millimetr dalğa texnologiyası əsaslı skanerlər, həm də əl yüklərinin yoxlanılması üçün kompüter tomoqrafiyası (CT) əsaslı yeni nəsil baqaj skanerləri quraşdırılıb.
"Rohde & Schwarz QPS201" sistemləri sərnişinlərin uçuş öncəsi yoxlanışının daha sürətli və dəqiq həyata keçirilməsinə imkan yaradır.
Avtomatlaşdırılmış təhlükə aşkarlama funksiyası potensial risklərin müəyyən olunmasını asanlaşdırır və əlavə əl yoxlamalarının sayını azaldır.
Eyni zamanda tətbiq olunan CT texnologiyası əl yüklərinin üçölçülü görüntüləmə əsasında analizini təmin edir. Yeni sistem sayəsində sərnişinlər elektron cihazları və mayeləri əl yüklərindən çıxarmadan təhlükəsizlik yoxlanışından keçə bilirlər ki, bu da yoxlama prosesinin sürətlənməsinə və sərnişin axınının daha səmərəli idarə olunmasına imkan yaradır.
Layihə ACI Europe, ICAO və TSA tərəfindən müəyyən edilmiş beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
Oxşar xəbərlər
Bakı metrosu xətlərin ayrılması üçün 200 metrlik tunelin inşasına hazırlaşır
"Bakı Metropoliteni" xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrlik tunelin inşasına hazırlıq gedir. BAKU.WS xəbər verir ki, bu barədə səhmdar cəmiyyətind...