Bahar Muradova: Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil

Bahar Muradova: Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil
Sosial 15

Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda doğum sayının azalması dövlət qurumları ilə bağlı məsələ deyil, bu, demoqrafiya, milli kimlik, gələcək insan kapitalının formalaşması məsələsidir:

"Əslində, inkişaf etmiş ölkələrə baxdıqda Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil. Bu məsələ insanların düşüncəsi ilə bağlı məsələdir. Ailə dəyərlərimizə əsaslanaraq balansı qorumağa çalışmalıyıq. Dövlət Komitəsi məsələni diqqətdə saxlayır, aidiyyəti qurumlara nə etməli olduğunu bildirir. Hesab edirəm ki, ölkə bu baxımdan kritik həddə çatmayacaq. Problemin kökünü, gələcək perspektivlərini bilirik və diqqətdə saxlayırıq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər