Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub
Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə etdiyi müəyyən edilib. Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması qanunazidd olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Nəqliyyat vasitəsi sahiblərindən və valideynlərdən tələb olunur ki, bu kimi hallara qətiyyən yol verməsinlər.
Oxşar xəbərlər
ADSEA sədri: "Bakıda texniki və içməli su şəbəkələri ayrılacaq"
Bakıda texniki su ilə içməli su şəbəkələrinin ayrılması istiqamətində layihələr həyata keçiriləcək. BAKU.WS xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbay...