Azərbaycan Mətbuat Şurası Ramil Usubova müraciət edib

Azərbaycan Mətbuat Şurası Ramil Usubova müraciət edib
Sosial 1013
Azərbaycan Mətbuat Şurası mətbuat yayımı əməkdaşı Sakit Həsənova fiziki xəsarət yetirilməsi ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.Şuradan BAKU.WS-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, S.Həsənov avqustun 30-da gecə saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zərərçəkənin yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində qeydə alınıb. Nəticədə S.Həsənov döyülüb və ona soyuq silahla xəsarət yetirilib. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş S.Həsənovun vəziyyəti ağırdır.Müraciətdə həmçinin baş vermiş hadisənin müvafiq hüquqi qiymətinin alması üçün kömək göstərilməsi xahiş olunur, S.Həsənovun üzləşdiyi durumun ətraflı araşdırılacağına, günahkarların müəyyənləşdirilərək layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.BAKU.WS

Oxşar xəbərlər

Bakıda dəhşətli avtobus qəzasında 17 nəfər yaralanıb (YENİLƏNİB) – VİDEO

Bakıda dəhşətli avtobus qəzasında 17 nəfər yaralanıb (YENİLƏNİB) – VİDEO

Bakının Qaradağ rayonu ərazisində baş verən ağır yol qəzasında yaralanan 17 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzinə ("Semaşko") yerləşdiriliblər.Bu barədə BAKU.WS...

14724 Hadisə 09:39 12 iyul 2018

Son xəbərlər