"Azərişıq" ASC yenidən təşkil edilə bilər

Azərişıq ASC yenidən təşkil edilə bilər
Sosial 144

"Azərişıq" ASC bir sıra təsərrüfat subyektlərinin onun strukturuna daxil edilməsi ilə yenidən təşkil edilə bilər.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı, ASC-yə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən razılıq verilib.

Qeyd edək ki, "Azərişıq" ASC-nin fəaliyyətinin təşkili haqqında" Prezidentin Sərəncamına əsasən, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...

0 Sosial 00:20 21 oktyabr 2026

Son xəbərlər