Azərbaycanın ət idxalını azaltması qiymətlərə təsir edəcək?
Ölkəyə idxal edilən ətin həcmi 18% azalıb.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 25 min 180 ton ət idxal olunub. İdxal edilən ətin ümumi dəyəri 55 milyon 116 min dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 5 min 542 ton, dəyər baxımından isə 13 milyon 427 min dollar azdır.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, idxal həcmlərindəki dəyişikliklər qiymətlərə də təsirsiz ötüşmür.
Bəs idxalın azalması qiymətlərə necə təsir göstərəcək?
İqtisadçı-ekspert Rəşad Həsənov bildirilib ki, bu, idxalın azalma səbəbləri ilə əlaqəlidir. İdxalın azalması yerli istehsalın artması ilə əlaqəli deyil. Onun sözlərinə görə, bazarın tələbi 3-5 faiz artdığı halda, yerli istehsal yalnız 1-2 faiz yüksəlir ki, bu da ümumi tələbi tam qarşılamadığı üçün qiymətlərdə azalma müşahidə edilmir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər BAHALAŞDI
Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə həftədə 2 dəfəyə yaxın artım var. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəl 1500 do...