Azərbaycanın ən populyar 10 blogeri - SİYAHI

24
okt
2019
12:55
Peşələr müasir dünyada çox sürətlə dəyişir. Bəziləri yox olur, əvəzində isə yeniləri orata çıxır. Bloger sənəti - yeni peşələrdən biridir və son 15 il ərzində populyarlaşıb. Dünyada blogerlərin sayı 2 milyarda çatıb. Blogerlər ölkə və dünya gündəminə daxil olan müxtəlif mövzularda yazı, foto və video formatında paylaşımlar edirlər. Problemləri, hadisələri, nöqsanları və tənqidləri müasir üslubda təqdim edir və çıxış yollarını insanlara göstərirlər. Azərbaycanda da bloger sənəti xeyli məşhurlaşıb və bu peşənin davamçıları kifayət qədər izləyici toplayıblar. Blogerlər marifləndirici, əyləncə xarakterli və tənqidi mövzularda videolar hazırlayırlar. BAKU.WS saytı Azərbaycanda ən populyar blogerlərin reytinqini tərtib edib. Siyahıya daxil olan ilk onluğu sizə təqdim edirik:1. Kənan Yusifov - bloger, aktyor
2. Taleh Yüzbəyov - videobloger, aktyor, ssenarist və rejissor
3. Əlixan Rəcəbov - aktyor, videobloger
4. Rəsul və Xana, müğənni, vaynerlər
5. Nicat Mütəllimov (nikosayagi) - bloger
6. Hüseyn Əzizoğlu - vayner, bloger
7. Mənsur Şərif - aktyor, bloger
8. Aysel İbrahimova (aysel_ibrahimova_official_) - bloger
9. Sabir Samiroğlu - vayner, bloger, aktyor
10. Nigar Həmdullah (moouradi) - bloger, Banu adlı qızın anası.











Oxşar xəbərlər
Dollarla video paylaşan blogeri həbs etdilər - VİDEO
ABŞ-ın Kaliforniya ştatında pul qazanmağın yolları barədə danışan və dollarla birgə video çəkərək paylaşayan Uayt Pasek adlı bloger həbs olunub.BAKU.WS xəbər ve...