Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota müəyyənləşib

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota müəyyənləşib
Sosial 51

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, heyətlə həmçinin 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub. 

Qeyd edək ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək. Axırıncı qrup isə mayın 31-i üçün planlaşdırılır. Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub".

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.

Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib. 

Oxşar xəbərlər

Son xəbərlər