Azərbaycanda vergi bəyannaməsi mobil tətbiq üzərindən təqdim ediləcək
Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis əvəzi Samir Qəhrəmanov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə bu imkan sadələşdirilmiş bəyannamələr üzrə tətbiq ediləcək və əsasən mikro sahibkarları əhatə edəcək: "Növbəti mərhələlərdə isə digər bəyannamələrin də mobil tətbiq üzərindən təqdim edilməsi planlaşdırılır. Həyata keçirilən bu yeniliklər vergi inzibatçılığında şəffaflığın və çevikliyin artırılmasına, eyni zamanda sənəd dövriyyəsinin optimallaşdırılmasına xidmət edir".
Oxşar xəbərlər
Azərbaycan və Malayziya arasında vizasız rejim tətbiq oluna bilər
Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir. BAKU.WS report...