Azərbaycanda tələbə qəbulu və təhsil kreditləri "mygov" üzərindən həyata keçiriləcək
Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu və təhsil tələbə krediti üzrə müraciətlərin həyata keçirilməsi prosesi rəqəmsallaşdırılır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təhsil müəssisələrinə elektron tələbə qəbulu xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il iyunun 20-dək təmin edilməsi planlaşdırılır.
Bu çərçivədə xidmətin mövcud iş axını iyunun 30-dək təqdim ediləcək. Daha sonra təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyulun 18-dək razılaşdırılması nəzərdə tutulur.
Xidmətin iyulun 1-dək mygov platforması üzərindən istifadəyə verilməsi planlaşdırılır.
Eyni zamanda, təhsil tələbə krediti üzrə müraciətlərin də elektronlaşdırılması istiqamətində işlər aparılır. Bu xidmətin EHİS-ə inteqrasiyasının 2026-cı il mayın 1-dək təmin edilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində mövcud iş axınının da mayın 1-də təqdim olunması planlaşdırılır, təkmilləşdirilmiş yeni iş axını isə iyunun 6-dək razılaşdırılacaq.
Hər iki xidmət üzrə işlər Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Oxşar xəbərlər
Əlillik arayışlarının verilməsi elektronlaşdırılır
Əlillik arayışının verilmə qaydası dəyişir. BAKU.WS xəbər verir ki, əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın verilməsi Elektron Hökumət İnformas...