Azərbaycanda sulara buraxılan körpə balıqların neçə faizi sağ qalır? - RƏSMİ CAVAB

Azərbaycanda sulara buraxılan körpə balıqların neçə faizi sağ qalır? - RƏSMİ CAVAB
Açıqlama
Sosial 232

Azərbaycanda balıq ehtiyatlarının artırılması və su hövzələrinin bioloji müxtəlifliyinin qorunması məqsədilə hər il minlərlə körpə balıq müxtəlif çaylara və Xəzər dənizinə buraxılır.

BAKU.WS-in məlumatına görə, bu proses həm ekosistemin tarazlığının saxlanması, həm də balıqçılıq təsərrüfatının gələcəkdə dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Lakin bu balıqların buraxıldıqdan sonra neçə faizinin təbii şəraitdə həyatda qaldığı hər kəsi maraqlandıran suallardan biridir.

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, müxtəlif elmi mənbələr bu balıqların 1-5 faizinin sağ qaldığını göstərir:

Azərbaycanda sulara buraxılan körpə balıqların neçə faizi sağ qalır? - RƏSMİ CAVAB

"Balıqların əksəriyyəti mayalanmış kürüsünu hövzələrə buraxdıqda belə az faiz sağ qala bilir. Bu, yırtıcı balıqlar və təbii amillərdən asılı olur. Elə buna görə, buraxılan balıqların təxminən 3-5 faiz sağ qalır. Həmin balıqların ölçüsü, yaşı və növü də təsiredici faktor olur.

Buraxılan körpə balıqların dənizlərdə və çaylarda həyatda qalması onların ekoloji mühitə uyğunlaşmasından, suyun təmizliyindən, temperaturdan, qida bolluğundan və digər amillərdən asılıdır".

Orxan Hüseyn

Oxşar xəbərlər

Bu şəhərdə mərkəzi park TƏMİR OLUNACAQ

Bu şəhərdə mərkəzi park TƏMİR OLUNACAQ

Ağsu şəhərində 2025-ci ildə genişmiqyaslı abadlıq işləri həyata keçiriləcək. BAKU.WS-in məlumatına görə, layihə Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən elan olun...

40 Sosial 23:21 28 oktyabr 2025

Son xəbərlər