Azərbaycanda Somalidən gətirilən ətlər satılır? - RƏSMİ CAVAB
Son günlər mediada və sosial şəbəkələrdə Somalidən Azərbaycana ət idxal edilməsi ilə bağlı müxtəlif iddialar yayılıb.
BAKU.WS-in məlumatına görə, Somalidən ölkəmizdə ət idxal edilməsi ilə bağl iddialar cəmiyyətdə xeyrli müzakirələrə səbəb olub.
İddiaların hansı əsaslara söykəndiyi və məsələyə rəsmi münasibət öyrənmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müraciət etdik.
Qurumdan BAKU.WS-in sorğusuna cavavb olaraq bildirildi ki, Azərbaycana Somalidən kommersiya, yəni satış, ticarət, iaşə obyektlərində istehlak və ya realizə məqsədilə ət idxal edilmir:
"13.10.2025-ci il tarixində isə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında Səudiyyə Ərəbistanından Somali mənşəli heyvanın qurban ətindən ibarət humanitar yük (1710 qutu, 46.500 kq) yardım kimi paylanılması məqsədi ilə ölkəmizə daxil olub".
Orxan Hüseyn
Oxşar xəbərlər
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başl...