Azərbaycanda sərhədyanı rayonlarla bağlı YENİ TƏKLİF
Azərbaycanın sərhədyanı rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı qəbul edilməlidir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu təkliflə deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində çıxış edib.
Onun sözlərinə görə, hazırda Cəlilabad rayonunun 63 kəndinin qazlaşdırılmasına ehtiyac var: "Bu rayonun İranla sərhəd kəndlərinə bu sahədə xüsusi diqqət verilməlidir. Bundan başqa, ümumiyyətlə, sərhədyanı rayonların sosial-iqtisadi inkişafı ilə övlət proqramının qəbul edilməsini təklif edirəm. Bu mənada pilot layihə də həyata keçirilə bilər".
Oxşar xəbərlər
Bu ilin ötən dövründə 226,3 milyon manat məbləğində ipoteka krediti verilib
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 226,3 milyon manat mə...