Azərbaycanda seçkiqabağı təşviqat başlayıb

Bu gün Azərbaycanda bələdiyyə seçkisinin təşviqat kampaniyası başlayır.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasında bələdiyyə seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.
Qanunvericiliyə görə, təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Təqvim planında bu müddət bu gündən başlayır, yanvarın 28-i saat 08:00-da başa çatır.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 696 namizəd qeydə alınıb.
Oxşar xəbərlər
İmtahanda 700 bal toplayan məzunlar
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-c...