Azərbaycanda qatarların sürəti aşağıdır? - AÇIQLAMA

Azərbaycanda qatarların sürəti aşağıdır? - AÇIQLAMA
Sosial 285

"Hazırda ölkədəki qatarların maksimal hərəkət sürəti 140 km/saatdır. Amma bu sürət yalnız düz və maneəsiz sahələrdə tətbiq oluna bilir. Stansiyalara yaxınlaşdıqda, əyri hissələrdə sürət azaldılır".

Bunu BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib: 

"Ümumilikdə qatarların texniki sürət limiti 160 km/saatdır. Əslində, bu sürət Şərqi və Mərkəzi Avropa ölkələrində də standart sayılır. Bəzən bizdə sürətli qatar deyəndə dərhal Yaponiya və Çin nümunələri çəkilir. Amma bu ölkələrdə çox böyük sərnişin axını və tamamilə ayrıca sürətli dəmir yolu şəbəkəsi mövcuddur. Azərbaycanda isə eyni yoldan həm yük, həm sərnişin qatarları istifadə edir". 

O, bildirib ki, qatarların daha sürətli hərəkət edə bilməsi üçün yalnız texniki imkanlar yetərli deyil. Dəmir yolu boyunca təhlükəsizlik infrastrukturunun gücləndirilməsi əsas şərtdir:

"Dəmir yolu boyunca çəpərlənmə işləri, yerüstü və yeraltı keçidlər, mikromobillik və heyvan keçidləri qurulmalıdır. Məsələn, 72 km/saatla hərəkət edən bir qatarın əyləc məsafəsi 1000 metrdir. Bizdə bəzi sahələrdə sürət 140 km/saatdır, amma bu halda belə qatarın tam dayanması üçün 2 km məsafə tələb olunur. Yəni bu nəqliyyat növündə sürətə keçid üçün ciddi hazırlıq lazımdır".

Son xəbərlər