Azərbaycanda qarpız kəskin bahalaşacaq - SƏBƏB AÇIQLANDI
Yaxın günlərdə Azərbaycanda qarpızın qiyməti kəskin bahalaşacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Masallı rayon sakini, fermer Anar Abbasov bildirib.
Fermer bunun səbəbini qarpız tağlarının tələf olması ilə izah edib:
"Qarpızın qiyməti qalxacaq. Yaxın günlərdə məhsulun bir kiloqramının qiyməti 80 qəpik olacaq. Bu yaxınlarda rayonlarda kütləvi duman oldu. Mütəxəsislər bunun səbəbini bir müdət öncə İran İslam Respublikasından Azərbaycana keçən duman-şeh ilə əlaqələndirib. Dumanın tərkibində radiasiya olub. Bunun da nəticəsində qarpız tağları kütləvi şəkildə yanıb".
Fermer artıq bir neçə rayondan qarpız tağlarının ölməsi ilə məlumatlı olduğunu vurğulayıb:
"Rayonlardan məlumat almışam ki, yaxın vaxtlarda ölkədə qarpız olmayacaq".
Oxşar xəbərlər
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
"Gilavar Foto Klubu" İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində növbəti fotoekspozisiya İtaliyanın...