Azərbaycanda qadınlar kişilərdən daha uzunömürlüdürlər
26
avq
2026
10:40
Azərbaycanda 2025-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 74.9 il, qız uşaqları üçün isə 79.3 il olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə göstərici oğlanlarda 0.4 il, qızlarda isə 0.1 il artıb.
Belə ki, 2025-ci ildə doğulan qızların gözlənilən ömür uzunluğu oğlanlarla müqayisədə 4.4 il daha çox olub.
Müqayisə üçün, 2000-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 68.6 il, qız uşaqları üçün isə 75.1 il təşkil edib.
Oxşar xəbərlər
Bakı metrosunun Yaşıl və Qırmızı xətlərinin ayrılması ilə bağlı görülən işlər açıqlanıb
"Bakı Metropoliteni" QSC-nin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində indiyə qədər tunelin 63 metrlik hissəsində qazma işləri icra olunub. BA...