Azərbaycanda "Playstation" klubları ilə bağlı ARAŞDIRMA BAŞLADI - RƏSMİ
"Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri və regionlarda fəaliyyət göstərən "Playstation" klublarında azyaşlıların seksual münasibətləri və cinsi zorakılıq hadisələri ilə bağlı araşdırma aparır".
BAKU.WS xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında komitənin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, ekspertlər və digər müvafiq nümayəndələr uşaqların oyun oynadıqları müxtəlif salonlara baxış keçirir və onların standartlara uyğun olub-olmadığını, eləcə də oradakı problemləri araşdırırlar:
"Əgər kimsə bu kimi hallarla rastlaşsa, yaxud bununla bağlı informasiya əldə etsə, öncə Komitəyə və müvafiq orqanlara məlumat versin. Mətbuata məlumat verməzdən əvvəl Komitəyə bildirin ki, biz işi görək və nəticəsi barədə informasiya verək", - deyə B.Muradova vurğulayıb.
Oxşar xəbərlər
DSX ötən ay 6,5 milyon manatlıq qaçaqmal aşkarlayıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin yanvar ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqra...