Azərbaycanda ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
Azərbaycanda aprel ayında 34 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, ötən ay ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Keçirilən yoxlamaların 131-i planlı, 3-ü plandankənar və 3-ü yoxlamadan kənar olub.
Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 221.10, 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.
Oxşar xəbərlər
Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək?
Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin ikinci korpusunda təmir işlər...