Azərbaycanda məktəblər TƏMİR OLUNACAQ - 9 milyon ayrılacaq
Azərbaycanda bir sıra təhsil müəssisələrinin əsaslı təmiri və abadlıq işlərinin həyata keçirilməsi üçün tender elan olunub.
BAKU.WS-in məlumatına görə, layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən sifariş edilib.
Tenderin ümumi dəyəri 9 milyon 456 min 581,67 manat təşkil edir.
İşlər çərçivəsində fasadların xüsusi tərkiblərlə rənglənməsi, tavanların suemulsiya ilə boyanması, sement əsaslı qatların düzəldilməsi, keramik döşəmə örtüklərinin yenilənməsi, əhəng daşlarından bordyurların qoyulması və PVC profilli pəncərə bloklarının quraşdırılması nəzərdə tutulub.
Bu layihənin həyata keçirilməsi nəticəsində respublikanın müxtəlif bölgələrində yerləşən məktəb və təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, şagirdlər üçün daha müasir və komfortlu təhsil şəraitinin yaradılması planlaşdırılır.
Oxşar xəbərlər
Bu bürclərə hamının yazığı gəlir
Astrologiya mütəxəssislərinin fikrincə, bəzi bürclər həssas və empatik xarakterləri ilə seçildikləri üçün ətrafdakılarda onlara qarşı yazıq hissi oyadır. BAKU.W...