Azərbaycanda məhsullara zərər dəyib - Bu rayonlarda...
Son günlər ölkənin müxtəlif bölgələrində baş verən əlverişsiz hava şəraiti kənd təsərrüfatına ziyan vurub.
BAKU.WS-in məlumtına görə, ümumilikdə 38 fermer təbii hadisələr nəticəsində dəymiş zərərlə bağlı Aqrar Sığorta Fonduna müraciət edib.
İlkin məlumatlara əsasən, zərərin təxminən 82 faizi taxıl sahələrinin – əsasən arpa və buğda əkinlərinin payına düşür. Qalan 18 faiz isə meyvəçilik və tingçilik təsərrüfatlarında qeydə alınıb.
Aqrar Sığorta Fondundan BAKU.WS-ə bildirilib ki, ən ciddi ziyanlardan biri Şəmkir rayonunda meyvəçilik sahəsində baş verib:
"Burada güclü fırtına nəticəsində bağlara ciddi zərər dəyib. Quba və Qusar rayonlarında isə şaxta hadisələri kənd təsərrüfatına təsir göstərib. Bundan başqa, Qobustan rayonunda baş verən qum fırtınası əsasən taxıl sahələrinə ziyan vurub.
Hazırda daxil olan müraciətlər əsasında müstəqil ekspertlər tərəfindən ərazilərdə ilkin baxış və qiymətləndirmə aparılır. Qiymətləndirmə prosesi başa çatdıqdan sonra nəticələr barədə fermerlərə məlumat veriləcək".
Qeyd edək ki, son 10 gün ərzində 38 fermer tərəfindən müraciət daxil olub və ümumilikdə təxminən 670 hektar kənd təsərrüfatı sahəsinə zərər dəydiyi bildirilir.
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanın Milli Qəhrəmanının oğlu vəkil oldu
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyev Vəkillər Kollegiyasına (VK) üzv qəbul olunub. BAKU.WS...