Azərbaycanda içməli su təchizatı xidmətlərinə görə ən yaxşı və ən pis regionlar açıqlanıb

Azərbaycanda içməli su təchizatı xidmətlərinə görə ən yaxşı və ən pis regionlar açıqlanıb
Sosial 78

Azərbaycanda təhlükəsiz içməli su təchizatı xidmətlərindən istifadə edən əhalinin xüsusi çəkisi 38.5 faiz təşkil edir.

BAKU.WS xəbər verir ki, bu göstərici şəhər əhalisinin 54.4 faizi bu xidmətlərdən istifadə etdiyi halda, kənd əhalisi arasında göstərici cəmi 14.1 faizdir. Bu, şəhərlərlə kəndlər arasında təxminən dörd dəfə fərq olduğunu göstərir.

İqtisadi rayonlar üzrə göstəricilər də su təchizatı sahəsində regional bərabərsizliyi açıq şəkildə üzə çıxarır. Ən yüksək göstərici Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb - 71.5 faiz. Bakı şəhərində isə əhalinin 69.2 faizi təhlükəsiz içməli su xidmətlərindən istifadə edir.

Bununla yanaşı, bir sıra iqtisadi rayonlarda göstəricilər kəskin aşağı səviyyədədir. Belə ki, Mil-Muğan iqtisadi rayonunda bu göstərici cəmi 8.5 faiz, Qazax-Tovuz iqtisadi rayonunda 13.6 faiz, Mərkəzi Aran iqtisadi rayonunda isə 16.9 faiz təşkil edir.

Aşağı səviyyə ilə seçilən digər iqtisadi rayonlar bunlardır: Dağlıq Şirvan - 17 faiz, Qarabağ - 17 faiz, Lənkəran-Astara - 18.2 faiz, Gəncə-Daşkəsən - 20 faiz

Nisbətən daha yaxşı vəziyyət Quba-Xaçmaz (24.4 faiz), Şirvan-Salyan (23.2 faiz), Şəki-Zaqatala (21.1 faiz) və Naxçıvan Muxtar Respublikasında (21.3 faiz) müşahidə olunur.

Son xəbərlər