Azərbaycanda I sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək
Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu prosesi və fiziki şəxslərin gəlir vergisi bəyanı ilə bağlı yeni mərhələlər müəyyənləşdirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, I sinfə qəbul xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il mayın 1-nə qədər təmin edilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində xidmətin mövcud iş axını mayın 20-nə qədər təqdim ediləcək.
Bundan əlavə, təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyunun 13-nə qədər razılaşdırılması planlaşdırılır. Xidmətin iyunun 10-na qədər "mygov" platforması üzərindən istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.
Layihənin icrasında Elm və Təhsil Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iştirak edir.
Eyni zamanda fiziki şəxslərin gəlir vergisi bəyanı xidmətinin də rəqəmsallaşdırılması istiqamətində addımlar atılır. Belə ki, bu xidmətin də EHİS-ə inteqrasiyasının 2026-cı il oktyabrın 1-nə qədər təmin edilməsi planlaşdırılır.
Bu istiqamətdə işləri İqtisadiyyat Nazirliyi həyata keçirəcək.
Oxşar xəbərlər
İçərişəhər qala divarında aşınmanın səbəbi yağıntılardır - RƏSMİ AÇIQLAMA
Bakının tarixi mərkəzi olan İçərişəhər ərazisində yerləşən qala divarının bir hissəsində səhər saatlarında aşınma qeydə alınıb. Hadisənin atmosfer yağıntıları v...