Azərbaycanda ən çox bahalaşan hansı məhsul olub?
Azərbaycanda cari ildə ərzaq bazarında qiymətlərin dəyişməsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
BAKU.WS-in məlumatına görə, marketlərdə, bazarlarda və ticarət şəbəkələrində müşahidə olunan qiymət fərqləri ailə büdcəsinə birbaşa təsir göstərir, istehlak vərdişlərini yenidən formalaşdırır.
Xüsusilə əsas qida məhsulları üzrə artan xərclər cəmiyyətdə daha çox müzakirə olunur və diqqət mərkəzinə düşür. Bahalaşma təkcə rəqəmlərlə deyil, həm də süfrələrdəki dəyişikliklərlə hiss olunur.
Bəs bu artımın fonunda hansı ərzaq məhsulu ən çox qiymət fərqi ilə seçilib?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, cari ildə ən çox bahalaşan ərzaq məhsulu ət və süd məhsulları olub.:
"Xüsusilə ət məhsullarını qeyd etmək olar ki, bu istiqamətdə geniş müzakirələr gedib. Ötən ilin müvafiq dövri ilə müqayisədə təqribən 40-50 faiz civarında artım baş verib. Bu, olduqca böyük bir rəqəmdir və artım hələ də davam edir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
Mingəçevirdə sahibsiz itlərin sayı artıb. Sakinlər deyirlər ki, həm gecə, həm də gündüz saatlarında Kür çayının sağ və sol sahillərində yerləşən küçələrdə sahib...