Azərbaycanda elektron əmtəə-nəqliyyat qaimələri digər sistemlərə inteqrasiya ediləcək
Azərbaycanda elektron əmtəə-nəqliyyat qaimələrinin digər sistemlərə inteqrasiyası istiqamətində iş aparılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.
Onun sözlərinə görə, hazırda bu sahədə müəyyən texniki və sistem məsələləri mövcuddur, onların aradan qaldırılması üçün müzakirələr aparılır.
"Elektron əmtəə-nəqliyyat qaimələrinin digər qurumların, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sisteminə inteqrasiyası istiqamətində işlər davam etdirilir. Gələcəkdə sistemlərin avtomatik inteqrasiyası nəzərdə tutulsa da, bunun konkret tətbiq müddəti hələ müəyyən edilməyib", - o deyib.
Oxşar xəbərlər
Bu gün Bakıda bəzi ərazilərdə işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də Yasamal, Niza...